Ukraynadakı son proseslər müxalifət üçün uğurla nəticələndi. Bunun başlıca səbəblərindən biri də xarici dəstəyin müxalifətin yanında olması idi. Azərbaycanda isə bütün bu illər ərzində müxalifət Qərbin hətta mənəvi dəstəyini əldə edə bilməyib.
Əgər Ukraynadakı proseslərə Qərb müdaxilə etməsəydi, qarşıdurmalar zamanı ölənlərin sayı daha çox ola bilərdi. Yanukoviç etiraz aksiyaları başlanan gündən kütləvi həbslərə və zor gücünə aksiyanın dağıdılmasına hazırlaşırdı. Bunu daha irimiqyaslı həyata keçirə bilməməsinin səbəbi də Qərb amili ilə bağlı idi. Qərbin proseslərə fəal müdaxiləsi, xalqın və müxalifətin ardıcıl savaşı sayəsində hakimiyyət dəyişikliyi baş verdi.
Bu fonda yenidən bir sual açıq qalır. Ukraynada müxalifətə açıq dəstək verən Qərb hansı səbəbə Azərbaycan müxalifətinə bu dərəcədə sayğısız yanaşır?
Qərb ilk gündən Azərbaycanı Avropanın bir hissəsi olaraq qəbul etmədiyini dəfələrlə nümayiş etdirib. Azərbaycanda avtoritar və korrupsiyalarmış rejimin olması haradasa Qərbə sərf edir. Belə rejimlərə təzyiq etmək və şərtlərini qəbul elətdirmək daha asandır. Konkret maraqlar olduqda isə demokratiyanın pozulmasına göz yummaq da mümkündür.
"Kürü diplomatiyası”nın ifşası da sübuta yetirdi ki, Qərb siyasətçiləri arasında da korrupsiya halları yayğındır. Neft gəlirlərinin mənimsənilməsi və milyardların bir mərkəzdə toplanması tanınmış Qərb siyasətçilərini satın almağa, lobbi yaratmağa imkan yaradır. Təsadüfi deyil ki, Azərbaycanla bağlı beynəlxalq qurumların böyük əksəriyyətinin adı rüşvət və korrupsiya qalmaqalında hallanır.
Digər tərəfdən, Qərb ölkələrinin Azərbaycandakı səfirliklərinin imici də ləkəlidir. Belə diplomatik korpuslar rəsmi Bakının əsas dayağı missiyasını həyata keçirirlər. Qərbin Azərbaycanda dəyişiklik fikri olsaydı, ilk növbədə yeni, prinsipial mövqeli diplomatları ölkəyə göndərərdi. Qərb ölkələrinin Azərbaycandakı səfirlərinin əksəriyyətinin rüşvətə meylli olması və avtoritar rejimin ilhamvericisi kimi çıxış etməsi də demokratiya paytaxtlarının ölkəmizin gələcəyinə sayğısız yanaşmasının bariz nümunəsidir.
Digər tərəfdən, rəsmi Bakı İslama qarşı sərt addımlar atmaqla, inanclı insanların proseslərə müdaxilə imkanlarını həddən ziyadə şişirtməklə Qərb texnoloqlarında belə bir rəy formalaşdırır ki, əgər Əliyev rejimi iqtidardan gedərsə, Azərbaycan siyasətində İran amili xeyli dərəcədə güclənəcək. Nəticədə iranpərəst siyasətçilər Azərbaycanı və regionu öz nüfuz dairələrinə alacaqlar.
Daha bir məqama diqqət yetirək. Azərbaycan hakimiyyəti hazırda İsrail texnoloqlarının, xüsusi xidmət orqanlarının yardımından geniş istifadə edir. Rəsmi Bakı hazırda beynəlxalq yəhudi lobbisini özünə doğma hesab etdiyi əsas müttəfiqə çevrilib. İsrail Azərbaycan müxalifətinin böyük əksəriyyətini isə antisemit, türkçü və islamçı hesab edir. Elə bu səbəbdən Azərbaycanda milli qüvvələrin iqtidara gəlməsində maraqlı deyil. İsrail Azərbaycan kimi geosiyasi önəmi olan ölkədə böyük təsir imkanlarına malikdir. Yəhudilər rəsmi Bakıya istədikləri qərarı qəbul elətdirə, maraqlarına zidd olan qərarları isə bloka ala bilirlər. Bu baxımdan, İsrail pərdəarxasından idarə etdiyi Azərbaycanda milli demokratik qüvvələrin hakimiyyətə gəlmək şanslarına baltalar endirir.
Daha önəmli bir səbəb ondan ibarətdir ki, Qərb bölgədə sabitliyin pozulması, Qarabağ savaşının başlanması perspektivindən narahatdır. Qərb siyasi dairələrində müxalifət iqtidara gələcəyi təqdirdə "savaş partiyası”nın güclənə biləcəyi ehtimalından ehtiyat edirlər.
Müxalifətin məğlubiyyətə uğradılmasında ən başlıca rolu isə ABŞ-ın Azərbaycandakı səfirliyi həyata keçirir. ABŞ səfiri Riçard Morninqstar gerçəkdən özünü İlham Əliyevin baş texnoloqu kimi aparır.
Rəsmi Bakının ara-sıra Rusiyaya doğru reveranslar etməsi də məhz Vaşinqtonlu texnoloqların incə oyunu kimi qəbul oluna bilər. Azərbaycan diplomatiyasında kəskin dönüşlərin olmayacağına əmin olan Vaşinqton rəsmi Bakını Moskvaya doğru addımlar atmağa, daha doğrusu imitasiya ilə məşğul olmağa vadar etməklə, Kremldən gələn aqressiyanı və təhlükəni azaltmaq niyyəti güdür.
Digər, ən önəmli səbəblərdən biri də Azərbaycanda yeni maliyyə və əmlak bölgüsü olması ehtimalıdır. Ukraynada müxalifətin önəmli simaları böyük sərvətə sahib olan oliqarxlar idi. Savaş daha çox oliqarxlar arasında gedirdi. Azərbaycanda isə bu mübarizə "qullar və ağalar” arasında aparılır.
Azərbaycanda mövcud rejimin iqtidardan salınması 100 milyarda yaxın bir vəsaitin müxalifətə keçirilməsi, nəzarətdən çıxması deməkdir. Bu pullar istənilən sabotajı törətməyə kifayət edir. Ən acınacaqlısı isə odur ki, bu pulların müsadirəsi üçün mexanizm yoxdur. Buna yalnız inqilab yolu ilə nail olmaq mümkündür. Qərb isə Azərbaycanda inqilab istəmir.
Burada daha qlobal səbəblər də mövcuddur. Supergüclər Azərbaycanı və Türkiyəni parçalamaq, bölgədə ikinci erməni dövləti - "Arsax” və "Kürdüstan” yaratmaq istəyirlər.
"Arsax” və "Kürdüstan”ın yaradılması bölgənin simasını tam dəyişdirməyə yönəlib. Belə bir plan artıq uzun müddətdir ki, mövcuddur və ABŞ-ın "Yeni Yaxın Şərq” layihəsinə daxildir.
Bu məsələdə Azərbaycan da önəmli rol oynaya bilər. Milli və demokratik qüvvələrin iqtidara gəlməsi bu planın məhv edilməsi deməkdir. Odur ki, ölkədə demokratik təsisatlar tamamilə dağıdılır.
Gələcəkdə Azərbaycanda daha despotik rejimin qurulması ABŞ-ın "Yeni Yaxın Şərq layihəsi”nin tərkib hissəsidir. Məhz bu yolla Vaşinqton planını həyata keçirə, ermənilərə vəd olunan "Arsax”ı yarada bilər.
"Kürdüstan”ın elanı üçün isə yalnız Azərbaycanın ram edilməsi yetərli deyil, eyni zamanda Türkiyənin parçalanıb, iç savaşlara çəkilməsi son dərəcə vacibdir. Yalnız bu fonda "Kürdüstan” və "Arsax” layihələri gerçəkləşə bilər. Hazırda baş verənlər də elə bu planın işə düşməsi deməkdir. Qərb Azərbaycanı, Türkiyəni darmadağın etmək, parçalamaq niyyətlərini həyata keçirir. Odur ki, demokratik dəyişikliklər arzulayanların yenə də Vaşinqtonu özlərinə qiblə hesab seçmələri sadəlövhlükdən başqa nəsnə deyil.../musavat.com/
.