Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılmaq üçün 178 ölkədən 30 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Bu fikirləri "WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov bildirib.
"17 - 22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasına artıq sayılı günlər qalıb. Bu günə olan statistikaya əsasən 178 ölkədən 30 mindən çox iştirakçı qeydiyyatdan keçib ki, WUF13 - də iştirak etsin. Daha çox auditoriyanın bu tədbir haqqında maarifləndirməsi məqsədilə WUF 13 Festivalları keçirilir", - o bildirib və əlavə edib ki, WUF 13 Festivalları Proqramı 2 hissədən ibarətdir.
Belə ki, tədbirin 1-ci hissəsi səhər saatlarında Festivalları keçirildiyi ərazilərdə təhsil müəssisələrində, universitetlərdə, WUF 13 barədə məlumatlandırma sessiyalarıdır:
"Axşam saatlarında isə açıq havada ictimai proqramdır. Maarifləndirici, əyləncəli proqramdır: interaktiv suallar vasitəsi ilə iştirakçılara WUF 13-ün əsas mövzuları, şəhərsalma gündəliyi haqqında ətraflı məlumat veririlir. Qeyd edim ki, bu günə kimi, keçirilən Festivallarda artıq 80 minə yaxın iştirakçı olub".
Qeyd edək ki, Festival 30 aprel tarixində Qubada, 2 may tarixində Lənkəranda, 4 may tarixində Qəbələdə, 5 may tarixində Şəkidə, 6 may tarixində Mingəçevirdə, 8 may tarixində Gəncədə, 10 may tarixində Xankəndidə keçirilib. Festival 12 may tarixində Sumqayıt, 13 mayda isə Bakıda baş tutacaq.
.
