Milli Şura xeyli fasilədən sonra yanvarın 16-da növbəti sessiya keçirib və sıralarından siyasi cəhətdən ağır çəkili Müsavat Partiyası və bəzi xırda partiya qrupları və vətəndaş fəalları çıxandan sonrakı mübarizənin konturlarını cızmağa cəhd edib.
Riyazi hesablama göstərir ki, Milli Şurada 139 üzvdən AXCP, KXCP, İslam hərəkatı, "El” hərəkatı, QHT təmsilçiləri də daxil 79 nəfər qalıb.
60 iştirakıçı üç saatlıq müzakirədə keçmişə qısa ekskurs edib, gələcəyə dair xeyli məsələlərə toxunub və növbəti dəfə ictimai-siyasi diskussiyaya konstruktivizm verə bilməyib. AXCP-nin yüksək rütbəli funksionerləri sessiyanın işinə Müsavatın satqınlıqla getməsi barədə qəzet polemikası gətirib, «El» hərəkatı yenə Rüstəm İbrahimbəyovun fəxri sədr kimi əbədiləşdirilməsinə lobbiçilik edib, buraxılan Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər MŞ-nın Əlaqələndərimə Şurasının yaradılması təşəbbüsünü irəli sürüb, özü isə ora daxil olmaqdan imtina edib.
Sessiya praktik olaraq bu məsələlər ətrafında toplaşıb, bunların hər biri mübahisəli xarakter daşıyıb və iştirakçıların nifaq almasına çevrilib. Bu praktika Milli Şura yaradılandan hər bir sessiyada özünü göstərib və onun işinə çox az konstruktivlik gətirib.
Beləliklə, MŞ yaranandan 7 ay sonra məhsuldar davranış xətti formalaşdıra biməyib və məhsuldarlıq məsələsi özbaşına işin birinci planına çıxıb. Sessiya həmçinin əsas opponenti olan hakimiyyətə necə münasibət bəsləyəcəyi məsələsinə aydınlıq gətirməyib. O, radikal olacaq, yoxsa konstruktiv, barışmaz, yoxsa barışdırıcı?
Milli Şuranın ciddi imic itkisi var. Onun şleyfi yaradıldığı gündən başlayıb: İbrahimbəyovun vahid namizədliyi, təhlükəsizlik mülahizələrindən onun Bakıya qayıtmaqdan imtina etməsi, bir sıra partiyaların və üzvlərin seçkilərdə iştirakdan imtina etməsi, yumşaq və kəskin xətt tərəfdarlarının daxili çəkişməsi, xarici siyasi tərcihlərin Avrointeqrasiya, Arasiya İttifaqı və İslam həmrəyliyi şəklində toqquşması.
MŞ sədri, prezidentliyə keçmiş namizəd professor Cəmil Həsənli və onun tərəfdarları qızıl orta tapmaqda və Şuranın müxtəlif planlı üzvlərinin birləşdirici özəyini formalaşdırmaqda çox çətinlik çəkəcək.
.