“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) çox sayda insanın ölümünə səbəb olmaqda ittiham edib.

O bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Tamamilə doğrudur. Onlar çox sayda insanın ölümünə səbəb olublar”, – deyə Mask yazıb.

Milyarder bununla USAID-in digər ölkələrdə hakimiyyət dəyişikliyi və seçkilərə müdaxilə vasitəsi kimi istifadə edildiyini iddia edən sosial şəbəkə istifadəçisinin paylaşımına münasibət bildirib.

.