“İran dünyanın hansı nöqtəsindən olursa-olsun, ölkəyə qarşı yönələn təhdidlərə zərbə ilə cavab verəcək”.

Bunu İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandan müavini Kəyumərs Heydəri deyib.

“Dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, bizə qarşı təhdidin yarandığı istənilən məkan bizim üçün legitim hədəf olacaq və oraya zərbə endiriləcək. İran Silahlı Qüvvələri ABŞ, İsrail və digər düşmən ölkələrin mümkün yanlış addımlarına istənilən vaxt cavab verməyə hazırdır”, – deyə o cavab verib.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani də ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını uğursuzluq əlaməti adlandırıb və blokadanın yarılması istiqamətində əməliyyatların davam etdiyini bildirib.

.