Son günlər "Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilir ki, hər iki ticarət mərkəzi sökülərək yerində universitet tikiləcək.

Məsələ ilə bağlı "Sədərək" Ticarət Mərkəzindən yenizaman.Az-a bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir.

"Binə" TM-in hüquqşünası Fuad Cəfərov da yenizaman.Az-a açıqlamasında iddianı təkzib edib.

Qeyd edib ki, sözügedən məsələ həqiqətə uyğun deyil:

"Məsələnin haradan qaynaqlandığını bilmirik. Bu, tamamilə absurd məsələdir. "Binə" Ticarət Mərkəzi köçürülmür".

.