Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Konstantinos Tasulasla görüşüb.

“TRT Haber” xəbər verir ki, görüş İstanbulda Prezident Administrasiyasının Dolmabağça ofisində keçirilib.

Bildirilib ki, Ərdoğan yunanıstanlı həmkarını rəsmi mərasimlə qarşılayıb. Liderlər ofisin girişində əl sıxdıqdan sonra təkbətək görüşə keçiblər.

Görüş mətbuata qapalı keçirilib.

.