İsveçrənin silah ixracı ilə bağlı qanunvericiliyinə edilən dəyişikliklər Ukraynaya birbaşa silah tədarükünü nəzərdə tutmur.

Bunu İsveçrə Xalq Partiyasından parlamentin deputatı Jan-Lük Addor “RIA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, parlament qanunun geriyə şamil olunması imkanını istisna edib, həmçinin neytrallıq prinsipinə riayət olunması ilə bağlı əlavə tələb müəyyənləşdirib.

Deputat hesab edir ki, bu müddəalar Ukraynaya birtərəfli qaydada silah tədarükünü istisna edir.

Bununla yanaşı, İsveçrə istehsalı olan silahların üçüncü ölkələrə təkrar ixracı üçün əvvəlki kimi rəsmi Bernin razılığı tələb olunacaq.

.