“Formula-1” üzrə dünya çempionatında 2021-ci il mövsümünün yürüşlərinin başlama vaxtı açıqlanıb.

Bakıda təşkil olunacaq Qran-Pri çərçivəsindəki yürüşlərin də start saatı bəlli olub.

İyunun 6-da təşkil olunacaq Azərbaycan Qran-Prisi ənənəyə uyğun üç gün davam edəcək. Əsas yarışdan iki gün öncə pilotlar iki sınaq yürüşünə çıxacaqlar.

Onlar iyunun 4-də əvvəl 13:30-dan 14:30-a, sonra isə 17:00-18:00 aralığında sürətini sınayacaqlar. Ertəsi gün daha bir sınaq yürüşü keçiriləcək. Bu, saat 14:00-15:00 aralığını əhatə edəcək.

İyunun 5-də saat 17:00-18:00-da təsnifat yürüşü baş tutacaq. Həlledici yarış isə ayın 6-da saat 16:00-da start götürəcək.

.