İranın “Hizbullah”, husilər və HAMAS da daxil olmaqla dövlətə bağlı olmayan silahlı qruplara verdiyi dəstək İranla imzalanması nəzərdə tutulan memorandum çərçivəsində müzakirə edilməlidir.
Bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreyndə jurnalistlərə açıqlamasında deyib.
Rubio qeyd edib ki, memorandum regional sülhü, eləcə də müstəqil dövlətlərin suverenliyinə və maraqlarına müdaxilə edilməməsini nəzərdə tutur.
“Şübhə yoxdur ki, bu məsələ müzakirə edilməlidir. Çünki İran tərəfindən maliyyələşdirilən və suveren dövlətlərin sərhədləri daxilində fəaliyyət göstərən qeyri-dövlət silahlı qruplar mövcud olduğu müddətdə regionda sülh və sabitlik mümkün olmayacaq”, – Rubio bildirib.
.
