Ötən həftə Başqırdıstanın paytaxtı Ufada mədəni və təhsil təşəbbüslərinin inkişafı Azərbaycanda dadiqqətlə izlənilirdi. 28-29 may 2026-cı iltarixlərində Ufadakı“Toratau” Konqres Salonunda VI Ümumrusiya“Qadın Xoşbəxtliyi Ərazisi” Açıq Akademiyası keçirildi. Forum mədəniyyət və incəsənət, media, siyasət, psixologiya, təhsil və səhiyyə sahələrinin aparıcı nümayəndələrini cəlb etmişdi. Akademiyanın işində Azərbaycanın Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının dosenti, Brüssel Xoreoqrafiya Akademiyasının Fəxri akademiki və Rusiya Teatr Sənəti İnstitutunun doktorantı Eteri Cəfərova iştirak etmişdi. OnunUfaya səfəri peşəkar elmi-pedaqoji fəaliyyətini və ifaçılıq sənətini birləşdirən gərgin yaradıcılıq marafonunun nümunəsi oldu.

“Qadın Xoşbəxtliyi Ərazisi” Açıq Akademiyası Başqırdıstan Respublikasında həyata keçirilən unikal layihədir.  Bu məkanda hər yaşa və maraq  dairəsinə aid   qadınlar  üçün özünü reallaşdırma, istedad və bacarıqlarını nümayiş etdirmə, həmçinin biliklər əldə etmək imkanı yaradılır.  Açıq Akademiyanın ən vacib məqsədi özünəinamlıvə xoşbəxt qadınlarformalaşdırmaqdır. Forumun proqramına ənənəvi olaraq mühazirələr, ustad dərsləri, mütəxəssislərlə (həkimlər, psixoloqlar, hüquqşünaslar və s.) məsləhətləşmələr, müzakirə platformaları və sərgi sahələri daxildir.

Akademiyanın humanitar proqramı çərçivəsində Eteri Cəfərova iki dəfə məruzə ilə çıxış edərək rəqs irsinin qorunması və ötürülməsi ilə bağlı vacib məsələləri qaldırdı,  yaradıcı uğur yolu barədə  öz fikirlərinibölüşdü. Forumun ilk günündə "Dünyanı Birləşdirən Qadınlar" müzakirə platformasında sənətçi "Rəqsin ritmində sülh və həmrəyliyin naxışları" adlı məruzə ilə çıxış etdi. İllüstrativ slaydlarla müşayiət olunan çıxışında o, milli səhnə rəqsinin beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsindəki rolunu ətraflı şəkildə izah etdi. Məruzəçi Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini yumşaq güc və qadın diplomatiyasının parlaq nümunəsi kimi vurğuladı. Qeyd edildi ki, M.Əliyevanın beynəlxalq təşəbbüsləri, xeyriyyə layihələri və mədəni irsin təbliği istiqamətindəki yorulmaz fəaliyyəti humanitar missiyanınetalonudur. Məhz onun rəhbərliyi altında Heydər Əliyev Fondu mədəni irsi yumşaq güc vasitəsinə çevirib, sivilizasiyalar, dinlər və xalqlar arasında körpülər qurub. Onun sayəsində Azərbaycan mədəni irsinin şah əsərləri – muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayı sənətkarlığı, Novruz bayramı, tar və kamança ifaçılığı sənəti, miniatür sənəti, Çovqan ənənəvi Qarabağ atüstüoyunu, eləcə də Yallı (“Köçəri”və “Tənzərə”) və sair mədəni incilərimiz UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Məruzəçiqeyd edib ki, bu humanitar missiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihələrində də davam etdirilir. Onun təşəbbüsləri gənc qadın liderin insanları qlobal və yaradıcı məqsədlər ətrafında necə birləşdirə biləcəyinin parlaq nümunəsidir.

Bölmənin moderatorları “Xoşbəxtlik ərazisi”, “Ufa Hospisi” və “Voskresenski Soboru” xeyriyyə fondlarının Qəyyumlar Şurasının sədri K. Xabirova, həmçinin Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin birinci müavini, televiziya aparıcısı M. Kim idi. Həmin bölmədə dinlənilən məruzələr müxtəlif peşə və millətlərdən olan yaradıcı qadınlar arasında  unikal dialoq nümunəsinə çevrildi. Onlar həmçinin qadın həmrəyliyinin ölkələr arasında necə körpü saldığını və şəxsi hekayələrin yüzlərlə insan üçün necə örnək olduğunu müzakirə etdilər.

Həmin gün «Zərifliyin gücü: xoreoqrafiya sənəti həyatın dayağı kimi» mövzusundakı ikinci məruzədə mədəni diplomatiyada qadın liderliyinin nümunələrindən ilhamlanan E. Cəfərova yaradıcılıq təcrübəsini bölüşdü. Məruzəçinin mənəvi dəstək və əsl məna axtarışı onu semiotik mənbələrə, yəni Azərbaycan milli xoreoqrafiyasının mədəni kodlarına gətirib çıxardı. Məlumdur ki,  ənənəvi qadın rəqsi qədim zamanlardan bəri dünyaya zəriflik, daxili gücə inam və ləyaqət ideyalarını çatdırıb. O, qeyd edib ki, əfsanəvi Azərbaycan qadın rəqsləri, məsələn, "Sarı gəlin", “İnnabi”, “Turacı” və digərləri təəccüblü bir paradoks – zahiri kövrəklik, mütləq təvazökarlıq və nəhəng daxili güc nümayiş etdirir. Xoreoqraf və ifaçı kimi E.Cəfərova hər bir rəqs quruluşu üzərindəki iş prosesində xalq rəqsinin Azərbaycan qadınının ən dərin genetik kodunu təcəssüm etdirdiyinin təsdiqini tapıb. Azərbaycan xalq rəqsi hər zaman bizə əsl qadın gücünün hay-küy və ya etiraz iddialarında deyil, mülayimlikdə olduğunu nümayiş etdirib. Bu ülvi xüsusiyyət, həyatın çətinliklərinin küləyi qarşısında heç vaxt sınmamaq qabiliyyətində özünü büruzəverir.

Həqiqətən də, hər dəfə Bakı Xoreoqrafiya Akademiyasının məşq otağının qapısını açanda onun ciddi, lakin xoşməramlı səsini eşitmək olar: “Kürəyinizi düzəldin. Çiyinlərinizi aşağı salın. Müvazinəti saxlayın”. E. Cəfərovanın tədris metodu hər gün təkrarlanan bu sadə sözlərdə əksini tapır. Tələbələrinin zərifliyi dəmir intizamın və saatlarla davam edən məşqlərin nəticəsidir. Pedaqoq olaraq o,  əsas sirri bilir: balet dəzgahıqarşısında çalışmaq xalq rəqsi texnikasını təkmilləşdirməklə yanaşı, həm də güclü xarakter formalaşdırır.

2024-cü ildə Eteri Cəfərovanın peşəkar təcrübəsi ona Azərbaycan və Rusiya arasında mədəni körpü qurmağa imkan verib. Belə ki, Moskva Dövlət Xoreoqrafiya Akademiyası ilə əməkdaşlığı sayəsində Azərbaycan xalq rəqsi ilk dəfə bu ən qədim teatr təhsili müəssisəsinin tələbələrinin repertuarına daxil edilib. O, klassik balet və ənənəvi rus rəqsi üzrə təhsil alan tələbələrə Azərbaycan rəqsinin incəliklərini çatdırmağa nail olub. Nəticədə, rus məktəbinin balerinaları Azərbaycan rəqs texnikasını mənimsəməklə yanaşı, onun ruhunu bütün qəlbləri ilə hiss edə bilibər. 

Xoreoqraf sözügedənAkademiyadatələbələr üçün Ələkbər Tağıyevin musiqisinə qurulmuş "Sən gəlməz oldun" rəqsini səhnələşdirib.Bu   əsərin dərin, gizli dramını çatdırmaq ifaçıdan böyük emosional güc və peşəkar yetkinlik tələb edir. Həmyerlimizin tələbələri  intensiv məşqlərdən sonra milli musiqimizi qəlbləri ilə dərk edərək Azərbaycan xalq xoreoqrafiyasının  mürəkkəb elementlərini qüsursuz yerinə yetirə bildilər. Nəticədə, 2024-cü ildə Moskva Dövlət Xoreoqrafiya Akademiyasının tələbəsi İrina Çebotaryova Yuri Qriqoroviç adına Ümumrusiya Balet Artistləri və Xoreoqrafları Müsabiqəsinin laureatı oldu. Elə həmin il  Akademiyanın digər məzunu Marqarita Tyuşeva həmin rəqsin ifasına görə"DACEMOSСOW" Moskva Beynəlxalq Müsabiqəsində laureat adını qazandı. Digər  diqqətəlayiq məqamlardan biri də həmin təhsil ocağının məzunu və hazırda Rusiya Bolşoy Teatrının balet artisti olan başqırd əsilli Kamilla Soltanqareyevanın Polad Bülbül oğlunun "Eşq və Ölüm" baletindən  "Qavalla rəqs" parçasını məharətlə ifa etməsi idi.

E.Cəfərovanın Ufadakı yaradıcılıq intensivi yalnız natiq kürsüsü ilə məhdudlaşmadı. O,  pedaqoji bacarıqlarının  praktiki tətbiqini Rudolf Nureyev adına Başqırd Xoreoqrafiya Kollecinin xalq rəqsi şöbəsinin birinci və ikinci kurs tələbələri üçün təşkil olunan ustad dərslərində nümayiş etdirdi. E.Cəfərova praktiki məşqələləriniştirakçılarına Azərbaycan xalq rəqsinin əsasları barədə məlumat verdikdən sonra, "Uzundərə" və "Qarabağ yallısı"  rəqslərinin
təməl hərəkətlərini onlara nümayiş etdirdi. 

Məlum olduğu kimi, Azərbaycan və Başqırd xalq rəqsləri ortaq türk mənşəlidir. Hər iki mədəni ənənədə dairəvi rəqs birliyi, sülhü və harmoniyanı simvolizə edir. Kollec tələbələrinin "Qarabağ yallısı" rəqsiniifa etməsi iki rəqs mədəniyyəti arasında qarşılıqlı  sinergetik təsirin daha bir nümunəsi oldu.Bundan əlavə, o istedadlı başqırd gəncləri üçün ustad dərsləri keçməklə yanaşı, həm də tanınmış sənətçilərin və qonaq ulduzların qatıldığıaxşam konsertində çıxış etdi. Sənətçi solo ifasında Azərbaycan xalq rəqsinin zərifliyini və zənginliyini nümayiş etdirdi. Konsertdə Rusiyanın Xalq artistləri Sergey Bezrukov və Andrey Sokolov, dünyaşöhrətli virtuoz piano ifaçısı, “Emmi” mükafatı (ABŞ) laureatı Lola Astanova, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov iştirak etmişdilər.
 
E.Cəfərovanın Rudolf Nureyev adına Başqırd Xoreoqrafiya Kollecinin hesabat-buraxılış konsertində fəxri qonaq qismində iştirakı səfərin kulminasiya nöqtəsinə çevrildi. Bütün dünyada tanınan bu məşhur peşəkar balet məktəbində hər il ənənəvi olaraqtəşkil edilən məzun konserti əsl bayram tədbiridir. Başqırd Dövlət Opera və Balet Teatrının səhnəsində 31 may tarixində keçirilən  hesabat  konserti hər bir gənc sənətçi üçün əlamətdar hadisə oldu. Konsert proqramında kollec tələbələrinin ifasında “Şelkunçik”, “Korsar”, “Jizel” və sair baletlərdən parçalar, başqırd milli və xarakterik rəqslər nümayiş olundu. Tədbirin qonaqları sırasında  

Başqırdıstan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Fanur Şayxislamov, Başqırd Dövlət Akademik Opera və Balet Teatrının baş direktor vəzifəsini müvəqqəti icra edən Rimma Zaripova, həmçinin Rudolf Nureyev adına Başqırd Xoreoqrafiya Kollecinin direktoru, Başqırdıstan Respulikasının Xalq artisti Albina Nurimanova iştirak etdilər. Həmin gün sənətçimiz dünya baletinin əfsanəsiRudolf Nureyevin yeganə muzeyini ziyarət etdi. Muzey ekspozisiyasında o,Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Höküməti adından Beynəlxalq Nureyev Fondu tərəfindən Ufaya  hədiyyə edilmiş qiyməti artefaktlarla tanış oldu.

Əməkdar artist  Eteri Cəfərovanın Ufa səfəri dünyanın ən dürüst və səmimi diplomatı sayılan rəqs sənətinin manifestinə çevrildi. Rəqsin dili ilə o, Forum iştirakçıları ilə dialoq qurmağı, "Qadınların xoşbəxtlik ərazisi" Akademiyasına mütləq rifah və səmimiyyət atmosferi bəxş etməyi bacardı. 

Yeganə Əliyeva
Sənətşünas, kulturologiya üzrə fəlsəfə doktoru, dosent,
 Azərbaycan Milli Elmlər Akademiyasının
 Memarlıq və İncəsənət İnstitutunun 
aparıcı elmi işçisi

 

.