İngiltərənin "Arsenal" klubu heyətinə yeni futbolçu cəlb edib. 

London təmsilçisi "Çelsi"dən ayrılan braziliyalı yarımmüdafiəçi Villianla 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 2013-cü ildən "Çelsi"də çıxış edən Villian daha əvvəl Rusiyada "Anji", Ukraynada "Şaxtyor" və ölkəsində "Korintians" klublarının formasını geyinib. Ötən mövsüm 36 oyunda meydana çıxan 32 yaşlı oyunçu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

.