Xüsusilə külli miqdarda dələduzluqda ittiham edilən sahibkar Nofəl Hacıyev və Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məhəmmədova isə 1 il sınaq müddəti olmaqla, 3 il şərti cəza verilib.
Qeyd edək ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın rəhbəri, Talış Məhəmmədov isə icraçı direktor olub.
Onlar 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə etməktə ittiham olunurlar.
.
