“Orta Dəhliz qlobal ticarət xəritəsinin ayrılmaz hissəsinə çevrilərək Gürcüstanın strateji rolunu daha da möhkəmləndirib”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə biznes mühiti mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O, nəqliyyat və logistika sektorunun iqtisadi artıma çox əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

“Bu istiqamətdə iddialı planlarımız var. Tranzit ölkə kimi rolumuzu möhkəmləndirmək məqsədilə bu sahəyə təxminən 7 milyard dollar investisiya qoyulması nəzərdə tutulub. Bundan əlavə, 2031-ci ilədək magistral yolların bütün hissələrinin tikintisini başa çatdırmağı hədəfləyirik. Bu, iddialı olsa da, tamamilə real plandır”, - deyə İrakli Kobaxidze bildirib.

.