Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermek Sagimbayevi Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri vəzifəsindən azad edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezidenti digər fərmanıyla Marat İrmenov MTK-nın sədri təyin edilib və o, qurum sədrinin müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ermek Sagimbayev 2022-ci ilin yanvarından Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə rəhbərlik edirdi. O, 2026-cı ilin avqustunda yenidən bu vəzifəyə təyin edilmişdi. Marat İrmenov isə 2025-ci ilin oktyabrından MTK sədrinin müavini vəzifəsində çalışırdı.
.
