Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il oktyabrın 31-nə 879 milyon avro təşkil edib.
Sentyabrın sonu ilə müqayisədə kredit portfeli 2 milyon avro və ya 0,23% azalıb. Portfeldə özəl sektorun payı 40%-dən 41%-ə yüksəlib. Bankın ölkədə 35 aktiv layihəsi var.
Kredit portfelinin 784 milyon avrosu və ya 89%-i dayanıqlı infrastrukturun inkişafına, 65 milyon avrosu və ya 7%-i isə maliyyə institutlarına yönəlib. Aylıq müqayisədə dayanıqlı infrastruktur üzrə portfel 3 milyon avro azalıb, maliyyə institutları üzrə isə 1 milyon avro artıb.
Oktyabrın 31-nə bankın Azərbaycandakı əməliyyat aktivləri 716 milyon avro təşkil edib. Bu, sentyabrın sonu ilə müqayisədə 2 milyon avro və ya 0,28% azdır.
Ümumilikdə, EBRD-nin Azərbaycana yatırdığı investisiyaların həcmi 3,831 milyard avroya çatıb. Bankın ayırdığı vəsaitlərin və verdiyi zəmanətlərin ümumi məbləği 3,621 milyard avro təşkil edib.
Qeyd edək ki, EBRD 2025-ci ildə Azərbaycanda 10 layihəni ümumilikdə 81 milyon avro məbləğində maliyyələşdirib.
.
