Məktəblərdə İntizam Şurası yaradılacaq.

Bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.

Qayda pozan şagirdlərin hansı formada cəzalandırılacağı açıqlanıb

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.

Bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

O bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiü ediləcək. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq

Şagirdlərin davranış pozuntularının ağırlıq səviyyəsi müəyyənləşdirilib

Məktəblərdə şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə təsnifatlandırılıb.

Bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, sənəddə davranış pozuntularının ağırlığına görə 5 səviyyə müəyyənləşdirilib.

"1-ci səviyyə yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.

3-5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.

Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır".

Elnur Əliyev əlavə edib ki, şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır. Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydalarını tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil.

Valideynlər, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz davranış nümunələri hazırlanıb

Valideynlər/qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilan davranış nümunələri hazırlanıb.

Həmin davranış nümunələri aşağıdakılardır:

- Alçaldıcı, təhqiredici va hədələyici ünsiyyətə yol vermək
- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək
- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək
- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək
- Radikal dini va siyasi baxışları təbliğ etmək
- İctimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək
- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud va ya təhqiramiz ifadələrdən istifada etmək və ya digər antisosial davranışlara yol vermək
- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.

.