Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 16:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,6-ya bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

.