Qırğızıstanda yeni təbii qaz yatağı kəşf edilib.
"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Qırğızneftqaz" şirkəti məlumat yayıb.
Mayluu-Suu rayonunda aşkar edilən yatağın gündəlik qaz ehtiyatı 40 min kubmetrdən çoxdur. Bu, Koçkor-Atanı və ətraf kəndləri təbii qazla tam təmin etməyə imkan verəcək.
"Qırğızneftqaz" ASC-nin İdarə Heyətinin sədri Samsaalı Çetimbayev qeyd edib ki, son 10-15 ildə müəssisədə belə məhsuldarlığa malik qaz mənbələri qeydə alınmayıb.
.
