Moskvanın Çertanovo rayonunda partlayan avtomobilin Ukraynada dövlət vəzifələrində çalışan jurnalist Sergey Zavorotnıya məxsus olduğu məlum olub.

 Rusiya mətbuatı Zavorotnının Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun mətbuat katibi vəzifəsində çalışdığını bildirir.

***

11:53

Moskvada avtomobil partlayıb.

insident paytaxtın cənubunda, Çertanovo rayonunun Kirovoqradskaya küçəsində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, hərəkətdə olan "Toyota" markalı avtomobil partlayıb. Partlayışın dalğası çox güclü olub.

Bir nəfərin yaralandığı bildirilib.

.