Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın nüvə silahı əldə etməsi halında Rusiya Federasiyası bütün mümkün məhvetmə vasitələrindən istifadə edəcək.

"Hər kəs tərəfindən Ukraynaya nüvə silahının verilməsi nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərin pozulması olardı", - Putin vurğulayıb.

.