
Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.
Bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.
Məlumata görə, İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edəcək.
Görüşdə Suriyada təhlükəsizliklə bağlı vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl də bir sıra media orqanları Suriya və İsrail rəsmilərinin Bakıda görüşdüyü ilə bağlı məlumat yaymışdılar.
.