İnformasiya təhlükəsizliyi riskləri reyestri aparılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Nazirlər Kabinetinə 2023-2024-cü illər ərzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydasının təsdiq edilməsi tapşırılıb.

İnformasiya təhlükəsizliyi sahəsində ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək

İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqi üçün insidentləri və kritik halları aşkarlama, ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə 2023–2024-cü illər ərzində sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsini, yerli ekosistemə uyğun təcrübənin tətbiqi imkanlarının araşdırılmasını, aşkarlama, ölçmə meyarları və indikatorlarının müəyyən edilməsini təmin etməlidir.

İnformasiya təhlükəsizliyi üzrə metodiki sənədlər hazırlanacaq

Kritik informasiya infrastrukturlarında informasiya təhlükəsizliyi üzrə əməliyyat mərkəzləri üçün fəaliyyətin təşkili üzrə metodiki sənədləri hazırlamaq, informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinə dair xidmətlərin tətbiqinə, informasiya təhlükəsizliyi üzrə əməliyyat mərkəzinin (informasiya təhlükəsizliyi struktur vahidinin) formalaşdırılmasına təşkilati dəstək veriləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə müntəzəm olaraq, aşkar edilən insidentlərin kateqoriyalar üzrə analiz edilməsini, fəaliyyətin təşkili üzrə metodiki sənədlərə dair meyarların müəyyənləşdirilməsini, fəaliyyətin təşkili üzrə metodiki sənədlərin hazırlanması və informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinə dair xidmətlərin tətbiqinə və müvafiq informasiya təhlükəsizliyi struktur vahidinin formalaşdırılmasına təşkilati dəstək verilməsini təmin etməlidir.

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

İnformasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi və görülməli tədbirləri proqnozlaşdırmaq məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən,– Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə 2023-2027-ci illər ərzində Dövlət Təhlükəsizliyi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə sahə üzrə müasir texnologiya və həllərin tədqiq edilməsini, tətbiq sahələrinin öyrənilməsini, süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiq edilməsini təmin etməlidir.

Uşaqların zərərli informasiyadan qorunması məqsədilə milli onlayn məlumatlandırma mərkəzi yaradılacaq

Uşaqların zərərli informasiyadan qorunmasının təmin edilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzi yaradılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə mütəmadi olaraq RİNN və ETN ilə birgə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzinin yaradılmasını, həmin mərkəzin beynəlxalq şəbəkələrə inteqrasiyasını təmin etmək tapşırılıb.

.