Belarusun Ağdam rayonunun Qızıl Kəngərli kəndində inşa etdiyi aqroşəhərciyin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

Onun sözlərinə görə, layihə nəhəng aqroholdinqin yaradılmasını, heyvandarlığın, quşçuluğun və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.

"Bu, təkcə aqrosənaye deyil, həm də böyük yaşayış mərkəzi olacaq. Düşünürəm ki, o (aqroşəhərcik) Ağdam torpağını bəzəyəcək. Planlarımızda onun 2027-ci ildə fəaliyyətə başlaması var. Mən həmçinin bu istiqamətdə gələcəkdə yeni layihələrin həyata keçirilməsinə çox ümid edirəm", - diplomat qeyd edib.

Qeyd edək ki, layihə Ağdam rayonunda 420 ailə üçün yaşayış məntəqəsinin salınmasını nəzərdə tutur. Qarabağ iqtisadi rayonunda aqroşəhərciyin inşası təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana 2024-cü ilin mayında Azərbaycana dövlət səfəri zamanı Belarus tərəfindən təklif edilib.

.