Ukrayna ilə bağlı hazırki danışıqlar formatına Avropa ölkələrinin qoşulmasından söhbət getmir.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Qərb ölkələrinin müzakirə etdiyi kimi, Ukrayna münaqişəsinin həlli üçün hazırkı danışıqlar formatına Avropa nümayəndələrinin daxil edilməsini qəti şəkildə istisna edib.

Moskva, Kiyev və Vaşinqton arasında növbəti üçtərəfli raund üçün razılaşdırılmış parametrlərin olmamasına baxmayaraq, rusiyalı naziri müavini Ukrayna məsələsi ilə bağlı müzakirələrin ən yüksək səviyyədə 19 noyabrda, Putin, Si Cinpin və Tramp arasında Çində keçiriləcək üçtərəfli görüş zamanı davam edəcəyini gözlədiyini söyləyib:"Əminəm ki, bu mövzuda dialoq orada davam edəcək".

.