
Viktor Bonifeysin evliliyi bütün sərvətinin anasının adına olması səbəbindən baş tutmayıb.
Bu barədə futbolçu Almaniya mediasına açıqlamasında deyib.
"Bayer Leverkuzen"in hücumçusu norveçli Rikka Ermine ilə evlənməli idi. Dörd il birlikdə yaşayan cütlüyün nikahı qadının mülkün yarıya bölünməsi ilə bağlı məsələni doğru qəbul etmədiyi üçün ləngiyib.
Daha sonra Rikka Bonifeysin adına heç bir şeyin olmadığını, onun bütün var-dövləti anasının adına qeydiyyata aldığından xəbərdar olub. Ayrılıq da məhz bu məsələ ortaya çıxdıqdan sonra baş verib. Rikka məsələdən xəbərdar olan kimi Bonifeyslə əlaqələrə son qoyub və evlilik qərarından daşınıb.
.