
“İrəvanla Bakı arasında danışıqların dalana dirəndiyi ilə bağlı fikirlərlə razı deyiləm”.
Yenizaman-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu jurnalistlərə Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
O, həmçinin ötən həftə Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Milli Məclisinin sədri ilə qısa söhbət etdiyini də açıqlayıb.
Qeyd edək ki, Milli Məclisin spikeri Sahibə Qafarova və Ermənistan Parlametinin rəhbəri Alen Simonyan ötən həftə MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər.
.