Rusiya və Ukrayna mülki şəxsləri ailələri ilə birləşdirmək üçün humanitar missiya həyata keçirib.

Bu barədə “Belta” məlumat yayıb.

Bildirilib ki, Ukraynadan Rusiyaya 20 nəfər, əks istiqamətdə isə 23 nəfər isə geri qayıdıb. Bunların əksəriyyəti yaşlı insanlar olub.

Mübadilə Belarusun Novaya Quta keçid məntəqəsində baş tutub.

.