
Avropada 1944-cü il avqustun 2-də Osvensim-Birkenau düşərgəsində qaz kameralarında ölümə göndərilən 4 300 qaraçı və sinti-uşaqlar, qadınlar və kişilərin xatirəsi anılır.
Bu barədə Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayen, sosial hüquqlar üzrə icraçı vitse-prezident Roksana Mınzatu və bərabərlik məsələləri üzrə komissar Haci Labibin birgə bəyanatında bildirib.
"Bu kədərli gündə biz Holokost - milyonlarla günahsız insanın həyatına son qoymuş soyqırımı zamanı həlak olmuş 500 min qaraçının hamısını xatırlayırıq. Bu faciə Avropanın hər yerində ailələri, icmaları və mədəniyyətləri məhv etdi", - bəyanatda qeyd olunub.
Bu il həmçinin avqustun 2-nin Avropa qaraçı Holokostu Anım Günü kimi rəsmi şəkildə tanınmasının 10 illiyi tamam olur.
Sənəddə qeyd olunduğu kimi, Avropa qaraçı icmaları üçün ciddi təhlükə olaraq qalmaqda davam edən ayrı-seçkiliyə qarşı mübarizədə həmrəydir.
Avropa Parlamenti 2015-ci ildə avqustun 2-ni Avropa qaraçı Holokostu Anım Günü elan edib. Bu vaxtilə nasistlər tərəfindən işğal olunmuş Avropada öldürülən 500 min Avropa qaraçısının unudulmaması üçün elan edilib.
.