Ermənistanın birinci prezidentinin sabiq müşaviri Jirayr Liparityan ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nulandın ötən əsrin 90-cı illərinin sonunda Levon Ter Petrosyanın istefasında əli olduğunu bəyan edib.
«Nuland çoxdan işləyir. Bizim zamanımızda o, Ermənistana danışıqlar üçün gəlmişdi. Nuland 1997-98-ci illərdə Ermənistanın daxili məsələlərində, o cümlədən Ter Petrosyanın istefasında həlledici rol oynayan şəxslərdəndir», - deyə Liparityan ermənistanın «168 saat» qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə Amerika Ter-Petrosyanın əleyhinə idi: «Amerikanın Ermənistanda həmin dövrdə olan səfiri Piter Tomson müxalifəti dəstəkləmək üçün əlindən gələni etdi. O, Ter Petrosyanı devirmək üçün uzun müddət işlədi».
Sabiq müşavir 1998-ci ildə Robert Köçəryanın hakimiyyətə gəlməsində də amerikalı diplomatların vacib rolunu bəyan edib.
Qeyd edək ki, 1991-cı ilin oktyabr ayında Ter Petrosyan Ermənistan tarixində ilk prezident seçkilərinin qalibi olub. 5 ildən sonra 1996-cı ildə o, yeni seçkilərdə ikinci müddətə dövlət başçısı vəzifəsinə gəldi, hərçənd müxalifətçilər və bir sıra beynəlxalq təşkilatlar seçkilərdə saxtakarlıq olduqları barədə bəyan etmişdilər.
1998-ci ildə Levon Ter Petrosyan Rusiya qəzetlərində Qarabağ probleminin mərhələli şəkildə həlli üçün alternativsiz sülh planı barədə çıxış edir. Layihəyə əsasən Dağlıq Qarabağa məxsus rayonlar Azərbaycana qaytarılmalı, sonrakı mərhələdə danışıqlar nəticəsində ərazinin statusu müəyyənləşməli idi. Dağlıq Qarabağın erməni icması – ermənistanın o zamankı baş naziri Robert Köçəryan olmaqla səhra komandirləri , «erkarpa» yarımhərbi təşkilatı Ter Petrosyanı xəyanətlə ittiham edərək, istefa verməsini tələb etmişdilər. İş o əddə çatdı ki, Təhlükəsizlik Şurasının iclasında Robert Köçəryan masaya tapança qoyaraq, Ter Petrosyanın alnına güllə ilə atəş açacağına işarə vurmuşdu. Güclü təzyiqlərə tab gətirməyən Ter Petrosyan sonda istefa verdi və beləliklə, hər iki tərəf üçün ən münasib plan həyata keçmədi.
Bütün bu deyilənlərdən belə nəticə ortaya çıxır ki, Dağlıq Qarabağın işğalında Amerikanın xüsusi maraqlı olub.
.
