
ABŞ-nin Avropa İttifaqına məxsus əksər mallara 15 % idxal rüsumu tətbiq etməsindən sonra Almaniyanın itkiləri orta müddətli perspektivdə ildə 31 milyard avroya qədər ola bilər.
Bu hesablamaları “Deloitte” konsaltinq şirkəti aparıb.
"Orta müddətli perspektivdə Almaniyadan ABŞ-yə ixrac 20 % azalacaq. Bu isə ildə 31 milyard avro itkiyə səbəb olacaq", - şirkətdən bildirilib.
Rüsumlardan ən çox Almaniyanın maşınqayırma sektoru zərər çəkəcək, ixracın 23 % azalması nəticəsində 7,2 milyard avro itirəcək. Almaniyanın əczaçılıq şirkətlərinin ABŞ-yə ixracı 20 % azalacaq və itkilər 5,1 milyard avroya çatacaq. Rüsumlar həmçinin kimya, avtomobil və elektrotexnika sənayesinə də təsir edəcək.
Lakin itkilər qismən digər bazarlara, xüsusilə digər Avropa İttifaqı ölkələrinə, İndoneziyaya və ya Cənubi Koreyaya yönəlməklə kompensasiya edilə bilər.
.