Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa hazırdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, bunun üçün Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırmalıdır.
Zelenski vurğulayıb ki, münaqişədə gərginliyin azaldılması üçün atılan addımlar qarşılıqlı olmalı və real təminatlarla müşayiət edilməlidir.
Ukrayna Prezidenti “Telegram” kanalında Avropa liderləri ilə danışıqları davam etdirəcəyini də açıqlayıb. O bildirib ki, əlavə hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri üçün sursatların verilməsi gündəlik müzakirə olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 10-da Ukraynada rəhbərliyin dəyişdirilməsinə çağırıb. O, həmçinin Kiyevdən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb edib.
Zelenski Rusiyanın oktyabrın 10-da Zaporojye şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 23-ə çatdığını da bildirib. Ölənlərdən dördü uşaqdır.
.
