Şəmkirdə xəsarət alan 18 yaşlı gəncin vəziyyəti qənaətbəxşdir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 10-da saat 22:40 radələrində 2008-ci il təvəllüdlü kişi xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona döş və qarın boşluğunun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub və diaqnostik laparotomiya əməliyyatı icra edilib.

Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

***
Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

N.Quliyevi bıçaqlamaqda şübhəli bilinən 2008-ci il təvəllüdlü əkiz qardaşı X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qardaşlar arasında mübahisə bir-birinin otağına icazəsiz daxil olma səbəbindən yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 18 yaşlı gənc aralarında yaranan mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

.