Moskvada MDB İqtisadi Şurasının 112-ci iclası keçirilib.

Iclasda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak edib.

Ermənistan yenə İqtisadi Şuranın iclasına yüksək səviyyəli nümayəndə göndərməyib. Rəsmi İrəvanı MDB-nin tədbirində Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan təmsil edib.

Hökumət sədrlərinin müavinləri əvvəl məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşüblər.

İclasda nümayəndə heyətlərinin rəhbərləri ənənəvi olaraq MDB daxilində iqtisadi əməkdaşlığın cari məsələləri, eləcə də Şuraya təqdim olunmuş sənədlər barədə fikir mübadiləsi aparıblar.

MDB İqtisadi Şuranın növbəti iclasının 12 mart 2027-ci ildə Moskvada keçirilməsi barədə qərar qəbul olunub.


 

.