Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.

Bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini də vurmaq üçün nəzərdə tutulmuş bu raketlərin üzərinə qoyduğu vəzifələrdən biri düşmənin raket əleyhinə müdafiə sistemini sıradan çıxarmaq və hədəflərin vurulması imkanlarını artırmaqdır.

Yeni raketlərin Yaponiyanın "Type-25" uzaqmənzilli raketlərini və ABŞ istehsalı olan "Tomahawk" raketlərini tamamlaması planlaşdırılır.

Raketlərin hazırlanması planının cari ilin sonunda qəbul edilməsi planlaşdırılan yeni milli təhlükəsizlik strategiyasında öz əksini tapacağı gözlənilir. Raketlərin hazırlanmasına gələn il, istehsalına 2029-cu ildə, kütləvi istehsalına isə 2030-cu ildə başlanacaq.

.