ABŞ Braziliyada prezident seçkiləri ərəfəsində təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək bu ölkədəki səfirlik və konsulluqlarında konsulluq xidmətlərini dayandırıb.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, konsulluq xidmətləri oktyabrın 2-dən etibarən dayandırılıb. ABŞ vətəndaşlarına bu müddət ərzində təcili yardım üçün səfirliyə, konsulluqlara və digər diplomatik obyektlərə getməmələri tövsiyə olunub.

Dövlət Departamenti təhlükəsizliklə bağlı narahatlıqların nədən ibarət olduğunu açıqlamayıb və qərarın oktyabrın 4-də Braziliyada keçiriləcək prezident seçkiləri ilə birbaşa əlaqəli olub-olmadığını bildirməyib. Konsulluq xidmətlərinin nə vaxt bərpa ediləcəyi barədə də məlumat verilməyib.

Qeyd edək ki, Braziliyada prezident seçkilərinin birinci turu bazar günü keçiriləcək.

.