Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu Gürcüstandakı nümayəndəliyini bağlayıb.
Bu barədə yerli media yazıb.
Bildirilib ki, fond Tbilisidəki ofisinin bağlanması barədə hələ rəsmi məlumat yaymasa da, tərəfdaşlarına bununla bağlı məktub göndərib.
Fond Gürcüstanda fəaliyyətinin dayandırılmasının səbəbini ölkədə son illərdə qəbul edilmiş “məhdudlaşdırıcı” qanunlarla əlaqələndirib.
Qeyd edək ki, Fridrix Nauman Fondu Gürcüstanda 2002-ci ildən fəaliyyət göstərirdi.
Xatırladaq ki, Almaniyanın Konrad Adenauer Fondu da Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib.
.
