Avropa Komissiyası ABŞ-ın gömrük rüsumlarını 30 faizdən 15 faizə endirmək məqsədilə Rusiya nefti və təbii qazını tamamilə ABŞ-dan alınan mayeləşdirilmiş təbii qaz (LNG), neft məhsulları və nüvə yanacağı ilə əvəzləməyi öhdəsinə götürüb.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Şotlandiyada ABŞ Prezidenti ilə keçirilən danışıqlardan sonra bəyan edib.

Onun mətbuat konfransı Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanıb.

.