Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmət üçün hazırda 60 yaş təşkil edən maksimum yaş həddinin artırılması haqqında qanunu imzalayıb.

Ukrayna Ali Radasının saytında müvafiq məlumat yerləşdirilib.

Ali Radada ikinci oxunuşda qəbul edilən sənədin lehinə 306 deputat səs verib.

Yeni qanuna əsasən, artıq 60 yaşı tamam olmuş şəxslər hərbi xidmət keçmək üçün müqavilə bağlaya biləcəklər.

Hazırda Ukraynada 25-60 yaş arası kişilər hərbi xidmətə çağırılır.

.