Ukrayna Prezidenti Petro Poroşenko və Ali Radanın sədri Andrey Parubiy yanvarın 5-6-da Türkiyəyə səfər edəcək.

Bu barədə Ukrayna parlamentinin Mətbuat xidmətindən bildiriblər.

Səfər zamanı P.Poroşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Konstantinopol patriarxı Varfolomey ilə görüşməyi planlaşdırır. Görüşlərin yanvarın 5-də baş tutacağı gözlənilir.
.