Bu ilin sonuna kimi Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib.

O qeyd edib ki, hazırda hər iki kənddə bərpa və tikinti işləri davam etdirilir və işlərin ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Təranə Quluyeva vurğulayıb ki, oktyabrın 17-si Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə şəhərdə silsilə tədbirlər keçirilir. O bu tarixin həm dövlət, həm də Füzuli sakinləri üçün əlamətdar olduğunu qeyd edib.

.