Ermənistanın Baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Bu barədə "Sputnik-Armeniya" Paşinyanın İrəvanda Japarovla birgə brifinqdəki bəyanatına istinadən məlumat yayıb.

"Əminəm ki, regional sülhün möhkəmləndirilməsi iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı üçün yeni imkanlar yaradır", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər siyasi dialoqun dərinləşdirilməsi, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, həmçinin təhsil, elm və texnologiyalar sahəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

.