Ukraynada ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sabiq dövlət katibinin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup ifşa edilib.

Bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun "Telegram" kanalındakı birgə bəyanatında qeyd olunub.

Məlumata görə, qrup üzvləri Ukraynaya dəstək üçün nəzərdə tutulmuş xarici vətəndaşların və donorların 37 milyon qrivendən (təxminən 1,28 milyon dollar) çox ianəsini mənimsəyib və onları konvertasiya mərkəzləri vasitəsilə leqallaşdırıblar.

Ukrayna XİN-in dövlət katibi beynəlxalq donorları və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını maliyyə yardımını ictimai təşkilatın bank hesabına yönəltməyə inandırıb. Daha sonra vəsaitlər nəzarətdə olan hüquqi şəxslərin hesablarına köçürülüb, onlar isə nağdlaşdırmaq üçün həmin vəsaitləri konvertasiya mərkəzlərinə köçürürüblər. Sxem iştirakçıları pulları şəxsi məqsədlərinə yönəldiriblər.

Qeyd olunub ki, ictimai təşkilatın "qanuni" fəaliyyət apardığına dair görüntü yaratmaq üçün sxem iştirakçıları saxta məktublar hazırlayır və mötəbər olmayan məlumatlarla qrant müqavilələri imzalayıblar.

.