Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Qonaqlar məscid və onun tarixi ilə bağlı məlumatlandırılıb.

Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar.

Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi”ni ziyarət ediblər.

Qeyd edək ki, iyulun 11-də Prezident İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib. “Sadıqcanın evi” ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.

 

.