ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşün yekununda üçtərəfli danışıqların yeni raundunun keçirilməsi barədə razılıq əldə olunduğunu bildirib.
O, bu barədə CNN-ə müsahibəsi zamanı məlumat verib.
Uitkoff görüş zamanı müəyyən irəliləyişlərə nail olunduğunu deyib. Onun sözlərinə görə, heç kim üçtərəfli danışıqların yenidən başlayacağını gözləmirdi, lakin tərəflər yeni görüş təyin ediblər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti mərhələsinə Avropa nümayəndələrinin də qoşulacağını bildirib.
.
