Husilər Yəməndə Qırmızı dənizin sahillərinə bütün nəzarəti ələ keçiriblər.

Bu barədə AFP məlumat yayıb.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər ölkənin qərbində ümumi sahəsi 5,4 min kv. km olan altı rayonu ələ keçirib.

Husilərin Yəmən hökumət qüvvələrinə qarşı əməliyyat zamanı Qırmızı dənizin bütün Yəmən sahillərini, o cümlədən sahil şəhəri Dubab, kiçik Murad yaşayış məntəqəsini, həmçinin Bab əl-Məndəb boğazındakı Perim adasını nəzarətə götürdükləri bildirilir.

İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Mohber isə husiləri “parlaq qələbə” münasibəti ilə təbrik edib.

.