İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib.

“Reuters“in araşdırmasına görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşkil edən 5000-dən çox agentlik gizlənir.

Belə ki, 2025-ci ilin yanvarından 2026-cı ilin iyununa qədər, o cümlədən bu il baş verən müharibənin ilk 4 ayına qədər bu agentliklərin sadəcə biri olan “MOD 346428” külli miqdarda raket mühərrikləri, partlayıcılar və digər silah komponentlərini İrana idxal edib.

Bu komponentlərin raket və dronların, eləcə də, raket buraxılışı qurğularının istehsalında istifadə olunduğu bildirilir.

Hərbi komponentlərin Çin, Rusiya, hətta Almaniyadan gətirildiyi, hava, dəniz və quru yolu ilə İrana idxal edildiyi qeyd olunur.

“Reuters“ araşdırmada İran bankları və dövlət sənədlərinin, korporativ sənədlər və idxal məlumatlarının istifadə olunduğunu vurğulayıb.

.