Türkiyənin Bolu vilayətinin Yedigöller bölgəsində Kocaelidən yola çıxan və içərisində 10 uşağın, eləcə də üç əməkdaşın olduğu avtomobil tapılıb.
Yenizaman.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı təxminən 10 saat sonra uğurla nəticələnib. Uşaqlar və onlarla birlikdə olan üç nəfər Bolu Rayon Jandarm Komandanlığına gətirilib. Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və daxili işlər naziri Mustafa Çiftçi burada uşaqlarla görüşüblər.
Mustafa Çiftçi axtarış-xilasetmə əməliyyatına ümumilikdə 204 personalın qatıldığını bildirib. Axtarışlara həmçinin dronlar da cəlb edilib.
Nazirin sözlərinə görə, əraziyə göndərilən mobil baza stansiyası vasitəsilə siqnalın gücləndirilməsindən sonra telefonla əlaqə saxlamaq imkanı yaradılıb.
Mustafa Çiftçi həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da prosesi mütəmadi nəzarətdə saxladığını bildirib./oxu.az/
.
