
ABŞ prezidenti Donald Tramp Qəzzada HƏMAS-la bağlı problemin başqa üsulla həll edilməli olduğunu deyib. O, İsrailin Baş naziri Benyamin Netanyahuya məsələni həll etməyin başqa bir yolunu tapmalı olduğunu söyləyib.
Donald Tramp Qəzzada aclığın hökm sürdüyünü bildirib və əsas prioritetin ac uşaqları doydurmaq olduğunu bildirib.
Tramp Qəzzada ərzaq paylanması üçün xüsusi mərkəzlərin yaradılacağını da bəyan edib.
.