ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Tehran öz nüvə proqramını bərpa edəcəyi təqdirdə Vaşinqton onu yenidən "məhv edəcək".

Bunu ABŞ lideri Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bildirib.

O deyib ki, İran "xoşagəlməz siqnallar" göndərir və onun nüvə proqramını bərpa etmək cəhdlərinin qarşısı dərhal alınacaq.

"Onlar çox pis siqnallar göndərirdilər. Onlar bunu etməməli idilər. Biz onların nüvə potensialını məhv etdik. Onlar yenidən başlaya bilərlər. Əgər bunu etsələr, biz onu bir göz qırpımında məhv edəcəyik", - D.Tramp vurğulayıb.

.